Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
***
09:35
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Bu barədə Manset.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, söhbət 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrədən və 4 vaqondan ibarət, çəkisi 275 ton olan taxıldan gedir.
Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Xatırladaq ki, bundan əvvəl mayın 4-də 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.
Ümumilikdə indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.