Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi
ilə əlaqədar “AzərEnerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərliyi
və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Manset.az xəbər verir ki, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib,
məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.