"BMT-də Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin olunmalıdır" - H.Hacıyev

10:57 - 14 May 2026

\"BMT-də Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin olunmalıdır\" - H.Hacıyev

"Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb".


Manset.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahat prosesi zamanı xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin edilməlidir. Azərbaycan çoxtərəfliliyin əsas dəstəkçisidir, lakin təəssüf ki, biz çoxtərəfliliyin və çoxtərəfli institutların iflic vəziyyətini görürük. Qlobal Cənub ölkələri isə bu institutların gücləndirilməsinə effektiv şəkildə töhfə verməyə davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az