logo
logo logo
logo

"Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir"

17:40 - 18 May 2026

\"Azərbaycan \"vahid Çin\" siyasətini dəstəkləyir\"

Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir.


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 18-də Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub.

Dövlət başçısı bu xüsusda vurğulayıb ki, Azərbaycan "vahid Çin" siyasətini daim dəstəkləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az