logo
logo logo
logo

Ramiz Mehdiyevin ev həbsi haqda YENİ QƏRAR

18:30 - 10 İyun 2026

Ramiz Mehdiyevin ev həbsi haqda YENİ QƏRAR

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığında qalmağa davam edəcək.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) R.Mehdiyevlə bağlı yenidən məhkəməyə müraciət edib.

Müstəntiq irihəcmli cinayət işi üzrə ibtidai istintaqın başa çatmadığını, əlavə sübutların toplanması üçün təqsirləndirilən şəxs barəsində eyni növ qətimkan tədbirinin uzadılmasını istəyib.

Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 5 ay uzadılıb.

Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az