“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş günü münasibəti ilə YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Konsevatoriyasının birgə təşkilatçılığı ilə “Gələcəyi dəyişən gün: Milli Qurtuluşdan güclü Azərbaycana” mövzusunda tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad
Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, Partiyanın
"qızıl fondu", məşhur
“91-lər”dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü
Misir Mərdanov, Yasamal Rayon Ağsaqallar Şurasının sədri Fuad Məmmədov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz
Qəhrəmanov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur
Allahverdiyev, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə
şurasının sədri Fərhad Qaraşov, Bakı Dövlət Universitetinin rektoru Elçin
Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan
İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru Nazim Pənahov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal
rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, şəhid ailə üzvləri, Yasamal
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının,
Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayonun müəssisə və
təşkilatlarının rəhbərləri, qazilər,
müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu
Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri
düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və
torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.
15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar olaraq
videoçarx nümayiş olunub.
Tədbir iştirakçılarını salamlayaraq çıxış edən Yasamal
Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, 15 iyun Azərbaycan xalqının müstəqillik tarixinə dövlətçiliyin
xilası, siyasi sabitliyin bərpası və milli dirçəlişin əsası olan Milli Qurtuluş
Günü kimi qızıl hərflərlə həkk olunmuşdur. 1993-cü ildə ölkəni bürüyən dərin
siyasi, iqtisadi və hərbi böhran dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən
qətiyyətlə xilas etdi. Ümummilli Liderin formalaşdırdığı milli dövlətçilik
ideologiyası, idarəçilik məktəbi və uzaqgörən xarici siyasət kursu ölkəmizin
beynəlxalq arenada nüfuzlu bir aktora çevrilməsini təmin etdi. Bu dahi
strateqin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyev ötən illər ərzində
rəşadətli Azərbaycan Ordusunu ən müasir standartlar səviyyəsində inkişaf etdirərək
dövlətimizin qüdrətini zirvəyə ucaltdı. Məhz bu məqsədyönlü strategiyanın, Ali
Baş Komandanın dəmir iradəsinin və xalq-ordu birliyinin sayəsində 30 illik
işğala son qoyularaq şanlı Qarabağ Zəfəri qazanıldı və ərazi bütövlüyümüz tam bərpa
olundu. Tarixi qələbəmizdən dərhal sonra başlayan Böyük Qayıdış proqramı çərçivəsində
azad edilmiş torpaqlarımızda misilsiz tikinti, quruculuq və reabilitasiya işlərinə
start verildi. Bu müqəddəs prosesdə Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti,
mədəni irsin bərpası və sosial layihələrin icrası böyük qayıdışa misilsiz töhfələr
verməkdədir. Fondun reallaşdırdığı humanitar layihələr işğaldan azad olunmuş şəhər
və kəndlərimizin simasını sürətlə dəyişir, doğma yurdlarına dönən
soydaşlarımızın rifahını yüksəldir. Bu gün Milli Qurtuluş Gününün ideoloji
mahiyyəti, əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
Zəfərlə taclandırılan müstəqil Azərbaycanın sarsılmaz inkişafında daha aydın
görünür. Azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız Ulu
Öndər Heydər Əliyev ideyalarının təntənəsinin, milli qurtuluş fəlsəfəsinin və
sarsılmaz dövlət suverenliyimizin ən parlaq rəmzidir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri
Bəxtiyar Nəbiyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan
dövlətçiliyinin ideoloji sütunlarını möhkəmləndirən, xalqımızın milli azadlıq
idealını real suverenliyə çevirən müqəddəs bir tarixi dönüş nöqtəsidir. 15 iyun
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə xalqın təkidli
tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanı məhv olmaqdan xilas etdi.
Ümummilli Lider daxili xaosu qətiyyətlə aradan qaldıraraq ölkədə hüququn
aliliyini, konstitusion quruluşu və uzunmüddətli iqtisadi sabitliyin möhkəm təməllərini
yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin vahid qarantı və onun layiqli
davamçısı olan Prezident İlham Əliyev bu möhkəm təməllər üzərində güclü, müstəqil
və modern bir dövlət modeli inşa etdi. Dövlət başçısının həyata keçirdiyi
uzaqgörən milli strategiya, iqtisadi islahatlar və hərbi quruculuq siyasəti Azərbaycanı
regionun ən qüdrətli lider dövlətinə çevirdi. Məhz Müzəffər Ali Baş Komandanın
rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində və
antiterror tədbirlərində tarixi Zəfərlər qazanaraq torpaqlarımızı əbədi olaraq
azadlığına qovuşdurdu. Bu tarixi Zəfərin məntiqi davamı olaraq bu gün Qarabağ və
Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində müasir infrastruktur layihələri,
"ağıllı" şəhər və kəndlər salınır. Azad edilmiş ərazilərin
intibahında və Böyük Qayıdışın uğurla icrasında Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna və
tarixi rol oynayır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dağıdılmış tarixi,
dini və mədəni abidələrimiz sürətlə bərpa olunur, soydaşlarımızın doğma
yurdlarına inteqrasiyası üçün humanitar körpülər salınır. Mehriban xanım
Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində icra olunan layihələr azad
olunmuş torpaqlara milli ruhun və tarixi yaddaşın yenidən qayıtmasını təmin
edir. Bu baxımdan, 15 iyun Azərbaycanın rəqabətədavamlı, qüdrətli və qalib bir
dövlət kimi mövcudluğunu şərtləndirən ideoloji fəlsəfənin rəsmi başlanğıcıdır.
Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü,
Partiyanın "qızıl fondu",
məşhur “91-lər”dən Şahlar Əsgərov, Yasamal Rayon Ağsaqallar Şurasının
sədri Fuad Məmmədov və Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü
Misir Mərdanov çıxış edərək bildiriblər ki, Azərbaycanın
çoxəsrlik dövlətçilik salnaməsində 15 iyun Milli Qurtuluş Günü dövlət müstəqilliyimizin
qorunub saxlanılmasını və əbədiliyini təmin edən taleyüklü ideoloji mərhələdir.
1993-cü ilin iyununda dahi şəxsiyyət Ulu
Öndər Heydər Əliyevin xalqın səsinə səs verərək Bakıya gəlməsi ölkəmizi xarici
təhdidlərdən, daxili qüvvələrin parçalanma ssenarilərindən tamamilə qorudu. Ulu
Öndər qısa müddətdə dövlət təsisatlarını yenidən qurdu, nizami ordu yaratdı və
"Əsrin müqaviləsi" ilə ölkənin uzunmüddətli iqtisadi müstəqilliyinin əsasını
təsis etdi. Ümummilli Liderin dövlətçilik məktəbinin ən parlaq yetirməsi olan
Prezident İlham Əliyev bu strateji xətti böyük uğurla davam etdirərək Azərbaycanı
qlobal layihələrin mərkəzinə çevirdi. Dövlət başçısının nümayiş etdirdiyi dəmir
siyasi iradə, prinsipiallıq və milli maraqlara əsaslanan fəaliyyət ölkəmizi hərbi-strateji
cəhətdən yenilməz bir gücə çevirdi. Bu qətiyyətli siyasətin məntiqi nəticəsi
olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Zəfərlər
qazanaraq torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Qazanılmış
tarixi Qələbə xalqımızın çoxəsrlik tarixinə milli qürurun rəsmi bərpası və yeni
geosiyasi reallıqların yaradılması kimi qızıl hərflərlə yazıldı. Hazırda dövlətimizin
qarşısında duran ən mühüm strateji vəzifə olan Böyük Qayıdış proqramı çərçivəsində
azad olunmuş ərazilərə həyat yenidən qayıdır, genişmiqyaslı quruculuq işləri
aparılır. Bu genişmiqyaslı dirçəliş prosesində Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın və xüsusilə Heydər Əliyev Fondunun fəaliyyəti tarixi və
ideoloji əhəmiyyət kəsb edir. Fondun reallaşdırdığı layihələr çərçivəsində azad
edilmiş şəhərlərimizdə məscidlər, tarixi abidələr, məktəblər və səhiyyə
ocaqları sürətlə yenidən qurulur. Mehriban xanım Əliyevanın yüksək humanizmi və
milli dəyərlərə bağlılığı sayəsində Böyük Qayıdış həm də mədəniyyətimizin və mənəviyyatımızın
azad torpaqlarda yenidən çiçəklənməsinə çevrilmişdir. Bu gün fəxrlə deyə bilərik
ki, 15 iyunda əsası qoyulan müstəqillik fəlsəfəsi bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə tam suveren və qüdrətli Azərbaycan reallığında yaşayır.
Çıxışlardan sonra fəxri fərmanlar təqdim edilib.
Tədbir Azərbaycan Milli Konsevatoriyasının təqdimatında bədii hissə ilə davam
edib. Sonda xatirə şəkli çəkdirilib.