Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilmiş parlament seçkisinin yekun nəticələrini açıqlayıb.
Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 49.74 faizini toplayaraq birinci olub.
İkinci yeri 23.27 faiz səslə "Güclü Ermənistan" bloku tutub. Üçüncü yerdə isə səslərin 9.92 faizini toplayan "Ermənistan Alyansı" qərarlaşıb.
Bildirilir ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası hökuməti təkbaşına formalaşdıracaq.