logo
logo logo
logo

Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək

14:30 - 15 İyun 2026

Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.


Manset.az xəbər verir ki, 7 vaqon 490 ton buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az