Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Manset.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində Ziya Öztürkler Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.