logo
logo logo
logo

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

18:54 - 28 İyun 2026

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura bölgəsində 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edib.

"Ras Tanurada 14 nəfərin həyatına son qoyan faciəvi helikopter qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az