logo
logo logo
logo

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

17:57 - 01 İyul 2026

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında müxtəlif istiqamətlərdə uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi istiqamətində aparılan fəaliyyət yüksək qiymətləndirilib.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, rəqəmsal həllərin tətbiqi vasitəsilə nəqliyyat sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub.

Görüşdə yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az