logo
logo logo
logo

Masallı Rayon İcra Hakimiyyətinə təşəkkürnamə təqdim olundu - FOTO

17:45 - 09 İyul 2026

Masallı Rayon İcra Hakimiyyətinə təşəkkürnamə təqdim olundu - FOTO

Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə rayonda mütəmadi olaraq könüllü qanvermə aksiyaları təşkil olunur.


Manset.az xəbər verir ki, həyata keçirilən bu humanitar aksiyalar talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların qan ehtiyatına olan tələbatının ödənilməsinə, onların sağlamlığının qorunmasına və həyatının xilas edilməsinə mühüm töhfə verir.

Könüllü qanvermə aksiyalarının təşkili və talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən Masallı Rayon İcra Hakimiyyəti qanvermə aksiyalarında aktiv iştirakına, əhali arasından maarifləndirmə işinin təşkilinə və aksiyanın keçirilməsində göstəridyi yüksək təşkilatı dəstəyinə görə “Təşəkkürnamə” ilə təltif olunub. Təşəkkürnamə 09 iyul 2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Lənkəran bölməsinin müdiri İlkin Əsədullayev tərəfindən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova təqdim edilmişdir.

Masallı Rayon İcra Hakimiyyəti bundan sonra da cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyalarının təşkilinə dəstəyini davam etdirəcək, insan sağlamlığının qorunmasına xidmət edən bu nəcib təşəbbüslərin genişləndirilməsi istiqamətində aidiyyəti qurumlarla əməkdaşlığını davam etdirəcəkdir.

Qeyd etmək istərdik ki, 2005-ci ilin mayında Cenevrədə keçirilən Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib. 

Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az