logo
logo logo
logo

"Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil"

09:19 - 13 İyul 2026

\"Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil\"

"Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil".


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan, bu mənada, qonşularla əlaqələrini qurub:

"Eyni zamanda, geniş şəkildə Avrasiyada beynəlxalq əməkdaşlıq qurmağı bacarmışıq. Bunu biz Şərq, Qərb və Şimal və Cənub hissələrində qurduq və prosesə rəhbərlik etdik. Enerji layihələrimizi də bu dövrdə həyata keçirdik, bir sözlə, Azərbaycan çoxtərəfli beynəlxalq əməkdaşlığı qurub".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan istər Mərkəzi Asiya, istər Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə yaxşı əlaqələrə malikdir:

"Yaxın Şərqdə yaranan vəziyyət zamanı, mübarizənin ən qızğın dövründə görərsiniz ki, hava nəqliyyatı Azərbaycan ərazisindən keçirdi. Qurudan və dənizdən daşınan yükləri də nəzərə alsaq, Azərbaycanın əhəmiyyəti daha da artır".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az