logo
logo logo
logo

"Bakı və İrəvan arasındakı sülh bütün regionun gələcəyini dəyişəcək"

12:32 - 21 Avqust 2026

\"Bakı və İrəvan arasındakı sülh bütün regionun gələcəyini dəyişəcək\"

"Bakı və İrəvan arasında yekun sülh və Cənubi Qafqazda yeni iqtisadi imkanların açılması Azərbaycanın və bütün regionun gələcəyini əhəmiyyətli dərəcədə dəyişə, eləcə də regional əlaqələrin yaxşılaşmasına kömək edə bilər".


Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında bildirib.

"Düşünürəm ki, bu, çox şeyi yaxşıya doğru dəyişəcək. Biz Azərbaycanın artıq nə qədər irəlilədiyini görürük, lakin sülh müqaviləsinin bağlanması və iqtisadi imkanların açılması Azərbaycanın və regionun gələcəyinə çox böyük təsir göstərəcək", - diplomat bildirib.

Səfir sülh prosesinin iqtisadi tərkib hissəsinin xüsusi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu iqtisadi imkanlar təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə və digər ölkələr üçün maraq kəsb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az