Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Irıs Ordo” Konqres Mərkəzinə gedib.
Manset.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını salamlayıb.
***
09:50
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün ötən gün Qırğızıstana işgüzar səfər edib.
Manset.az-ın məlumatına görə, Prezident İlham Əliyevin Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “plyus” formatında görüşdə çıxışı gözlənilir.