logo
logo logo
logo

Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırdı 

09:17 - 07 Oktyabr 2026

Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırdı 

1990-cı illərin əvvəllərində itkin düşən 4 mindən çox azərbaycanlıdan 71-nin uşaq olduğu və onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac duyulduğu bildirilib.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının III komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, itkin düşmüş uşaqların taleyinin müəyyənləşdirilməsi münaqişədən sonrakı dövrdə Azərbaycanın qarşılaşdığı aktual humanitar məsələlərdən biridir.

Ş.Hacıyev mina çirklənməsinin də ciddi təhlükə olaraq qaldığını bildirib. Qeyd edib ki, 1990-cı illərdən etibarən basdırılmış minalar nəticəsində 3,4 mindən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında uşaqlar və gənclər də var.

Diplomat "Böyük Qayıdış" proqramı çərçivəsində 2026–2027-ci tədris ilində məcburi köçkünlərin doğma yerlərinə qayıtmasından sonra 4 minə yaxın şagirdin təhsil müəssisələrində təhsil almaq imkanı əldə etdiyini diqqətə çatdırıb.

Azərbaycanın BMT-dəki nümayəndəsi həmçinin bildirib ki, 2026-cı ildə ölkədə uşaqların müdafiəsi mexanizmlərinin gücləndirilməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun qəbul edilib.

Onun sözlərinə görə, uşaqlar Azərbaycan əhalisinin təxminən 30 faizini təşkil edir və onların müdafiəsi və inkişafı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az