logo
logo logo
logo

Laos Prezidenti rəsmi qarşılandı - FOTOLAR

10:58 - 13 Oktyabr 2026

Laos Prezidenti rəsmi qarşılandı - FOTOLAR

Bu gün Bakıda Laos Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.


Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verib.

Laos Xalq Demokratik Respublikasının və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.












Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az