Ukraynanın Mariupol merinin köməkçisi Sergey Orlov Türkiyənin CCN telekanalıda xəbərlər proqramına canlı yayınla qoşulub.
Manset.az məlumatına görə, Mariupoldakı hadislələrlə bağlı danışan Orlov hazırda dəhşət ortasında qaldıqlarını, Rusiyanın hər gün azı 50 dəfə bombaladığını bildirib.
"Hazırda heç bir köməyimiz yoxdur. Uşaq yeməkləri yoxdur, uşaqlar acından ölür. Tibbi ləvazimatlar yoxdur, ərzaq tükənib. Rus əsgərləri bura heç nəyin gətirilməsinə imkan vermir. Hər gün şəhərimiz bombalanır. Bununla belə insanlar çörəklərini bölürlər. İnsanlarımız viran olub. Bütün mədəni yerlərimiz vurulub. Yalnız 2500 nəfər burdan çıxara bilmişik. Rusiya adına insanlıq ölüb burda. Vətəndaşlar hər gün bombaların altımda qalır. Uşaqların günahı nədir? Bu biabırçılığöa son verilməlidir."