İranda polis “əxlaqdan kənar” paltar satan 12 nəfəri həbs etdi

19:11 - 25 İyul 2023

İranda polis “əxlaqdan kənar” paltar satan 12 nəfəri həbs etdi

İranın Kiber Cinayətlərlə Mübarizə polisi “vulqar” geyim satan 12 nəfəri həbs edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Tehran əyalətinin Kiber Cinayətlərlə Mübarizə İdarəsinin polisləri Məhərrəm ayı ilə bağlı 12 nəfəri “qeyri-adi” və “əxlaqdan kənar” paltar satmaqda ittiham edərək həbs ediblər.

İdarədən verilən məlumata görə, həbs olunan şəxslər “Instagram” sosial şəbəkəsi üzərindən 15-dən çox səhifədə narkotik, spirtli içki və satanizmi təbliğ edən geyimlərin onlayn satışı ilə məşğul olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az