“Azərbaycana qarşı müxtəlif güclər birləşiblər” - Politoloq

15:47 - 27 İyul 2023

“Azərbaycana qarşı müxtəlif güclər birləşiblər” - Politoloq

“Ermənistan hakimiyyətinin humanitar yüklərlə dolu maşın karvanını Laçın istiqamətinə yönəltməsi hiyləgər plandır və üzərində müxtəlif mərkəzlər çalışıblar”

 

Manset.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz facebook hesabında İrəvanın Azərbaycandan heç bir izn almadan Xankəndiyə 19 yük maşınından ibarət yardım karvanı göndərməsi ilə bağlı paylaşımında bildirib.

Politoloqun sözlərinə görə Rusiya və İran Qərblə çəkişsələr də bu məsələdə ortaq mövqedən çıxış edir, bir qrupu Qarabağ separatçılarına açıq, digər qrupu gizli dəstək verdiyini nümayiş etdirir:

“Azərbaycana qarşı müxtəlif güclər birləşiblər. Bu, ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa çəkmək istəyirlər. Nə planlaşdırdıqlarından asılı olmayaraq yükləri Laçın yolundan keçirməyə nail olsalar davamı gələcək. Ona görə də Ağdam istiqamətindən geri addım atmamalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir”.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az