Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib - FOTO

17:47 - 27 İyul 2023

Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.

 

Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tvitter hesabında paylaşım edib.

"Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!" - Hikmət Hacıyev paylaşımında qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az