Moskvaya PUA-larla hücum oldu

10:18 - 28 İyul 2023

Moskvaya PUA-larla hücum oldu

Bu gün gecə saatlarında Moskvaya pilotsuz uçan aparatlarla (PUA) hücum cəhdi edilib.

 

Manset.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib.

“PUA-lar hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib. İtki və dağıntı olmayıb”, - Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Qeyd edək ki, Rusiya paytaxtına düzənlənən PUA hücumları barədə ilk məlumatı səhər saatlarında Moskvanın meri Sergey Sobyanin yaymışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az