Ermənistan hərbi cinayətlərə haqq qazandırmağa çalışır – Hikmət Hacıyev

19:31 - 29 İyul 2023

Ermənistan hərbi cinayətlərə haqq qazandırmağa çalışır – Hikmət Hacıyev

Ermənistanın ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə dövlət səviyyəsində haqq qazandırmağa çalışır.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“ paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistanın bir sıra rəsmi, ictimai, media qurumları 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına “etiraz etməklə” hərbi cinayətlərə dövlət səviyyəsində dəstək verir və onların bu fəaliyyəti cinayətkarın əməllərinə haqq qazandırmaqdan başqa bir şey deyil.

Həmçinin əlavə olunub ki, Xaçatryan BQXK-nın xətti ilə tibbi evakuasiyadan istifadə edərək Qarabağdan qaçmağa çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az