Ermənilərin iddiaları siyasi manipulyasiyadır - Əliyev

18:15 - 30 İyul 2023

Ermənilərin iddiaları siyasi manipulyasiyadır - Əliyev

Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa Birliyi, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az