ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı yeni maddələrlə 4 ittiham irəli sürülüb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp “ABŞ-ı yanıltmaq üçün tələ qurmaq”, “rəsmi təhqiqata mane olmaq üçün tələ qurmaq”, “rəsmi araşdırmaya mane olmağa cəhd” və “seçicilərin konstitusiya hüquqlarından istifadə etməsinə mane olmaq” maddələri ilə ittiham olunub.
Vaşinqton Bölgə Məhkəməsinə təqdim edilən 45 səhifəlik iddianamədə 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi və seçkilərin nəticələri ilə bağlı yalanlar yaydığı iddia edilib.
Tramp isə özünün sosial media platforması TruthSocial-da yeni ittihamlarla bağlı paylaşım edib:
“Eşitdim ki, ağlını itirmiş Cek Smit 2024-cü il prezident seçkilərinə müdaxilə etmək üçün saat 17:00-da ən sevdiyiniz prezident olan mənə qarşı növbəti saxta ittiham aktı təqdim edib. Niyə 2,5 il əvvəl bunu etmədilər? Niyə bu qədər gözlədilər? Çünki bunu mənim seçki kampaniyamın tam ortasında etmək istədilər. Bu, prokurorluq vəzifəsindən sui-istifadədir".
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti iyulun 27-də vəkillərinin Ədliyyə Departamentinin rəsmiləri ilə “məhsuldar görüş” keçirdiklərini və görüş zamanı ona qarşı ittihamların irəli sürüləcəyi ilə bağlı heç bir bildirişin olmadığını bildirib.
Aygün
Manşet.az