FHN-dən Qaxda itkin düşən şəxslə bağlı AÇIQLAMA

20:40 - 03 Avqust 2023

FHN-dən Qaxda itkin düşən şəxslə bağlı AÇIQLAMA

İyulun 23-də Qax rayonunun Sarıbaş kəndi istiqamətində itkin düşən Qax rayon sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun meyiti mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən ərazidən təxliyə edilərək aidiyyəti üzrə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az