Formula 1 komandaları Mercedes britaniyalı pilotlar Lyuis Hamilton və Corc Rassellə müqaviləni 2025-ci ilə qədər uzadıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, komanda Hamilton və Rassellin 2025-ci il mövsümünün sonuna qədər Mercedes-in sürücü kreslosunda qalacağını açıqlayıb.
Qeyd edək ki, keçən 38 yaşlı Hamilton Formula 1 karyerasına 2007-ci ildə McLaren-də başlayıb. 2013-cü ildə Mercedes-ə 103 yarış və 7 çempionluq qazanıb.
25 yaşlı Rassell isə 2019-cu ildə F1-ə qədəm qoyub. Keçən il təhvil aldığı Mercedes kreslosunda yarış qalibiyyəti əldə edib.
Aygün
Manşet.az