Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında uçuşlar keçiriblər - FOTOLAR

11:21 - 21 Sentyabr 2021

Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında uçuşlar keçiriblər - FOTOLAR

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşları həyata keçiriblər.

Manset.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsi festival müddətində İstanbul üzərində nümunəvi uçuşlar keçirəcək. Tədbir sentyabrın 26-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az