Neftçalada zəfərimizin 5-ci ildönümü böyük coşqu ilə qeyd olundu - Fotolar 

22:50 - 08 Noyabr 2025

Neftçalada zəfərimizin 5-ci ildönümü böyük coşqu ilə qeyd olundu - Fotolar 

Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Bayraq Gününə həsr olunan dəyirmi masada görüş keçirilib.


Manset.az xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və onların əziz xatirəsini ehtiramla yad ediblər.

Ağacəkmə aksiyası keçirilib və aksiya zamanı müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilib.

Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi birdəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Mirhəsən Seyidov çıxış edərək Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr - Bayraq Günü ilə əlaqədar təbriklərini çatdırıb. RİH-nin başçısı qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixində əbədi qalacaq şanlı səhifədir. Bu qələbə hər bir azərbaycanlının milli qürur, dövlət sevgisi və vətənpərvərlik hisslərinin ifadəsidir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi və tariximizin ən parlaq səhifəsini yazdı. Bu gün biz həmin zəfərin işığında birliyimizi, dövlətçiliyimizi daha da möhkəmləndiririk. 9 Noyabr - Bayraq Günü müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzidir. Bu dəyərlər xalqımızı gələcəyə inamla aparan mənəvi sütunlardır”.

Çıxış edən Milli Məclisin deputatları – Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova ölkəmizin qazandığı zəfərin təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə olduğunu bildiriblər. 

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.








Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az