Sülhməramlıların daha bir postu LƏĞV EDİLDİ

20:58 - 16 Oktyabr 2023

Sülhməramlıların daha bir postu LƏĞV EDİLDİ

Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.

 

Manset.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sülhməramlıların Əsgəran bölgəsindəki postu ləğv edilib.

Bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi “bağlanıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az