Qəzada ölən aktyorun 3 gün əvvəlki "tükürpədici" mesajı: “Cənnətdən salamlar” - VİDEO

19:12 - 06 Yanvar 2024

Qəzada ölən aktyorun 3 gün əvvəlki \"tükürpədici\" mesajı: “Cənnətdən salamlar” - VİDEO

10 və 12 yaşlı qızları ilə birlikdə təyyarə qəzasında həlak olan Hollivud aktyoru Kristian Oliverin faciəvi qəzadan 3 gün əvvəl sosial şəbəkədə izləyicilərinə "cənnətdən salamlar" məzmunlu mesaj ünvanladığı məlum olub.

 

Manset.az Musavat.com-a istinadən bildirir ki, bu barədə "The New York Post" qəzeti yazıb.

Nəşr qeyd edir ki, faciədən cəmi üç gün əvvəl Oliver istirahətdə olduğu Karib dənizindəki çimərlikdən fotosunu sosial şəbəkələrdə yerləşdirib. "Cənnətin bir guşəsindən salamlar! Cəmiyyətə və sevgiyə doğru... 2024, biz buradayıq", - K.Oliver postda yazıb.

Nəşrin jurnalistləri bu təsadüfü "tükürpədici" adlandırıblar.

Aktyor Kristian Oliver Karib dənizində şəxsi təyyarəsi ilə qəzaya uğrayıb. Aktyorun 51 yaşı var idi.

Oliver Almaniyada anadan olub, lakin demək olar ki, bütün həyatını ABŞ-da yaşayıb, "Yaxşı alman", "Sürətli yarışçı" və "Valkiriya" filmlərindəki rolları ilə tanınır. Bundan əlavə, o, bu yaxınlarda "İndiana Cons" franşizasının son hissəsinin çəkilişlərində iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az