logo
logo logo
logo

Süfrələr açıldı: Dadların paradı - VİDEO

23:57 - 08 Oktyabr 2026

Süfrələr açıldı: Dadların paradı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.


Manset.az xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Festival çərçivəsində Azərbaycanın milli pavilyonu da təqdim olunub. Burada ölkəmizin milli mətbəxi, çay mədəniyyəti, xalçaçılıq, kəlağayı, misgərlik və digər sənət nümunələri nümayiş etdirilib.

Həmçinin XIX əsr Qarabağ evinin interyeri canlandırılıb, azyaşlı xanəndələrin ifasında muğam və digər Azərbaycan musiqisi nümunələri səsləndirilib.

Qeyd edək ki, festivalda 8 ölkənin milli mətbəxi və mədəniyyəti təqdim olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az