Hamıya məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, MİDA bir neçə ildir ki, güzəştli mənzillərin tikintisini və satışını həyata keçerir. Bunun üçün dövlət tərəfindən hər il milyonlarla manat vəsait xərclənir. Hazırda MİDA Bakının Yasamal rayonunda iki və Hövsan qəsəbəsində dörd sosial yaşayış kompleksinin tikintisi və idarəçiliyi ilə məşğuldur və eyni zamanda Sumqayıtda iki, Gəncədə bir, Lənkəranda da bir yaşayış kompleksinin tikintisi ilə bağlı layihələr həyata keçirir. Bu layihələri MİDA satınalmalar yolu ilə həyata keçirir. Hansı ki, keçirilmiş tenderlərin nəticələri ilə bağlı məlumatlarla dövlət satınalmalarının rəsmi internet portalından əldə etmək olar.
Manset.az xəbər verir ki, Aktualinfo.org ötən araşdırma yazıların birində Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi tenderlərdə çübhəli məqamlara toxunmuşdu. MİDA rəsmiləri həmin məlumatlara aydınlıq gətirmədilər. İndi çox istərdik ki, MİDA rəsmiləri bu məsələyə aydınlıq gətirsinlər. Necə olur ki???
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 3 679 397.22 manat məbləğində satınalma müqaviləsi 22.10.2021-ci il tarixdə “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 3 698 862 manat məbləğində satınalma müqaviləsi 11.08.2021-ci il tarixdə “CHİNAR İNSHAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə bağlanmış müqavilə barədə elan dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi sözügedən ərazidə uşaq bağçasının tikintisinə ilk dəfə 30.04.2021-ci il tarixdə elan olunduğu göstərilir. Növbəti dəfə 11.08.2021-ci il tarixdə “CHİNAR İNSHAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanması barədə elan verilir. Daha sonra isə 22.10.2021-ci il tarixdə “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanması barədə yenə məlumat yerləşdirilr. Bir uşaq bağçasının tikintisi üzrə tenderin 3 dəfə dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilməsi şübhələrin başlanğıcıdır. Əsas şübhə doğuran məqamlar isə hələ qarşıdadı.
Qeyd edək ki, sözügedən “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə MİDA arasında bundan əvvəl də, elə həmin ərazidə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksində 59 və 60 nömrəli 9 mərtəbəli 2 bloklu, 58 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi üzrə 8 867 772.53 manat məbləğində satınalma müqaviləsi 30.11.2020-ci il tarixdə bağlanmışdır. Yaşayış binalarınin tikintisi orta hesabla 3 milyon manata başa gəldiyi görsənir.
Bundan əlavə MİDA Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 6 031 474.9 manat məbləğində satınalma müqaviləsini 30.12.2020-ci il tarixdə “ARAZ İNŞAATÇİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.
Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi tenderlərdə şübhə döğuran bir çox suallar da elə buradan yaranır. MİDA-nın Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisinə milyonlarla manat dövlət vəsaitinin yatırdığı elan olunan tenderlərdə açıq aydın görünür. Onlardan yalnız birini yuxarıda nümunə kimi göstərdik. Bu nümunə nə üçündür? Göründüyü kimi MİDA tərəfindən Hövsan yaşayış kompleksində 53 və 54 nömrəli 9 mərtəbəli 2 bloklu binanın yalnız tikintintisinə ( binaların qazlaşdırılmasına, elektrik işlərinə, su və istilik sisteminin quraşdırılmasına ayrı vəsait ayrılır) 6 031 474.9 manat ayrılıb ki, 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisnin hər biri orta hesabla 3 015 737.45 manata başa gəldiyi görsənir. Yəni, 9 mərtəbəli 2 bloklu yaşayış binalarına 2 mərtəbəli 240 yerlik uşaq bağçasından qat-qat çox tikinti materialı sərf olunduğunu burada kimsəyə sübut etməyə ehtiyyac qalmır.
Belə olan təqdirdə MİDA-nın Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisinə 3 679 397.22 manat dövlət vəsiti ayırması sizdə şübhə yaratmırmı? 9 mərtəbəli 2 bloklu yaşayış binasına da üç milyon, 2 mərtəbəli 240 yerlik uşaq bağçasına da 3 milyon. Bunlar nə dərəcədə inandırıcı
Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi şübhəli tenderlər bunlarla bitmir. Apardığımız araşdırmalar zamanı Agentliyin keçirilmiş olduğu daha bir tenderdə də suallar doğuran nünslarla üzləşdik.
Belə ki, MİDA Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi – Hava Limanı 12-ci km “22” ünvanında inşa olunan yaşayış kompleksində əlavə süni örtüklü metal torla hasarlanmış idman- oyun meydançalarının və idman qurğuları ilə təchiz edilmiş açıq meydançaların tikintisi üzrə müsabiqə yolu ilə keçirdiyi tenderdə 448 609.8 manat məbləğində satınalma müqaviləsini 01.09.2020-ci il tarixdə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır. Qeyd edək ki, elanda açıq meydançaların tikintisi göstərilsə də, şərtlər toplusunda meydançaların miqdarı 1 göstərilmişdir.
Süni örtüklü, metal torla hasarlanmış idman- oyun meydançalarını təsəvvürünüzə gətirin. Yuxarıdakı şəkil də MİDA-nın Hövsan qəsəbəsindəki yaşayış kompleksində inşa olunmuş süni örtüklü idman meydançalarından biridir. Belə meydançalardan Bakı şəhərində çoxdur və tez-tez rast gəlinir. MİDA-nın eni-uzunu bəlli olmayan 1 ədəd süni örtüklü metal torla hasarlanmış idman- oyun meydançasının tikintisinə 500 min manat civarında vəsait ayırması da sizlərə şübhəli gəlmirmi?
9 mərtəbəli 2 bloklu yaşayış binasına da, 2 mərtəbəli uşaq bağçasına da 3 milyon - BUNU MİDA EDİR...
08:51 - 26 Oktyabr 2021
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
12 Dekabr 2025 - 23:51
Meteohəssas insanların NƏZƏRİNƏ
12 Dekabr 2025 - 21:16
Azərbaycanda bu şəxslərə mənzil veriləcək
12 Dekabr 2025 - 19:58
Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
12 Dekabr 2025 - 18:37
Albaniyada faciəvi şəkildə ölən şəxs Biləsuvarda dəfn olundu
12 Dekabr 2025 - 18:26
Hazırda 12 yolda tıxac var - SİYAHI
12 Dekabr 2025 - 17:55
Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
12 Dekabr 2025 - 17:30
Anar Bağırov Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirdi
12 Dekabr 2025 - 17:07
Bu tarixdən Azərbaycanda hava kəskin soyuyacaq
12 Dekabr 2025 - 16:17
Bunu edənlər inzibati məsuliyyətə cəlb ediləcək – Yeni qanun
12 Dekabr 2025 - 14:59
Anar Bağırov Rumıniyada səfərdədir - FOTO
12 Dekabr 2025 - 13:43
Ölkədə evlənənlər də, boşananlar da azalıb
12 Dekabr 2025 - 13:34
Azərbaycan əhalisinin sayı açıqlandı
Xəbər xətti
- 13 Dekabr 2025
- 01:30 Məşhur seriala daha bir VİDA - FOTO
- 00:30 Rusiyada güclü zəlzələ oldu
- 12 Dekabr 2025
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:43 Yük maşını sərnişinlərlə dolu avtobusa çırpıldı - Kürdəmirdə QƏZA
- 23:28 4 boksçumuz 1/4 finalına vəsiqə qazandı
- 23:17 Aİ Rusiyanın dondurulmuş aktivlərini blokladı
- 22:56 "Azərişıq" və "Azərenerji"də anım günü ilə bağlı tədbirlər keçirilib - FOTOLAR
- 22:49 Gümüşün qiyməti tarixi maksimumu yenilədi
- 22:32 "Mənim bəzən ona göndərməyə pulum olmayıb" - Nərimanın atası
- 22:18 Aralıq dənizində ard-arda 2 zəlzələ baş verdi
- 21:52 Yük avtomobili piyadanı vurdu
- 21:31 Qara dənizdə zəlzələ oldu
- 21:16 Azərbaycanda bu şəxslərə mənzil veriləcək
- 20:58 ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı - FOTOLAR
- 20:44 Türkiyə gəmisi Rusiyanın raket hücumuna məruz qaldi
- 20:29 Azərbaycan Ordusunda Ulu Öndərin xatirəsi ehtiramla yad olunub - VİDEO
- 20:11 Naxçıvanda 23 nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB
- 19:58 Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
- 19:45 Məşhur yazıçı vəfat etdi - FOTO
- 19:27 Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş
- 19:14 ETSN kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTOLAR
- 18:49 Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri Xiyabanda - FOTO/VİDEO
- 18:37 Albaniyada faciəvi şəkildə ölən şəxs Biləsuvarda dəfn olundu
- 18:26 Hazırda 12 yolda tıxac var - SİYAHI
- 18:11 Xadimə şagirdi bıçaqladı - Məktəbdə dəhşət
- 17:55 Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
- 17:54 Bu tarixlərdə doğulanlar yaşlandıqda gözəlləşir - Tarixlər
- 17:44 Toyda bəyə gələn hədiyyə hər kəsi şoka saldı - FOTO
- 17:36 Heydər Əliyev dühası və milli-mədəni irsimiz
- 17:34 Hande Erçelin 45 yaşlı sevgilisinin kimliyi ortaya çıxdı
- 17:30 Anar Bağırov Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirdi
- 17:26 Tanınmış şirkət bağlanır - Yüzlərlə insan işsiz qalacaq
- 17:15 Bu ölkədə Messiyə 20 metrlik heykəl qoyulacaq
- 17:07 Bu tarixdən Azərbaycanda hava kəskin soyuyacaq
- 17:00 Hərbi Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbirdən FOTOLAR
- 16:49 Bu qışın dəbdə olacaq rəngi bəlli oldu
- 16:41 Xəstəxanaya yerləşdirilən məşhur aktyordan ilk paylaşım - FOTO
- 16:34 Hüquq tələbəsindən qeyri-adi cinayət - "Polisə şikayət edin, yuxum gəlir"
- 16:24 İkardi sevənlərə pis xəbər - Ayrılıq təbili çalınır?
- 16:17 Bunu edənlər inzibati məsuliyyətə cəlb ediləcək – Yeni qanun
- 16:13 ABŞ-da güclü partlayış - 3 ev yandı, çoxlu yaralı var
- 16:10 "Real"dan Vinisiusa ultimatum
- 16:08 "Ötən əsrlərdə gördüklərimiz kimi bir savaşa hazır olmalıyıq" - NATO-nun baş katibi
- 15:59 AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda - FOTO
- 15:35 Ailə strukturunun dəyişməsi - Boşanmaların uşaqlara təsiri
- 15:25 Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
- 15:09 Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR
- 14:59 Anar Bağırov Rumıniyada səfərdədir - FOTO
- 14:48 Bu ölkədə evsizlərin sayı 382 mini keçdi
- 14:38 Bəy toydan 6 gün sonra şok oldu - Film kimi olay
- 14:34 Ərdoğan Putinlə görüşdü - VİDEO