Evimizin enerjisini yüksəltmək üçün 7 sadə addım

01:30 - 15 Fevral 2026

Evimizin enerjisini yüksəltmək üçün 7 sadə addım

Evimiz ən çox vaxt keçirdiyimiz məkan olduğu üçün enerjimizə də birbaşa təsir göstərir. Evimizin enerjisi nə qədər yüksəkdirsə, biz də o qədər pozitiv və xoşbəxt hiss edirik. Son dövrlərdə evdə daha çox vaxt keçirməyimiz bu məkanı daha da önəmli edir. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, türk müətəxssis enerji təlimçisi və məsləhətçisi Sevgi Keleş evimizin enerjisini yeniləyərək daha xoşbəxt və pozitiv olmağın yollarını açıqlayıb.

Evi müntəzəm havalandırın

Məkanın hər iki saatdan bir on dəqiqə havalandırılması evin enerjisini yeniləyir. Təmiz hava, evdə yığılan neqativ və ağırlığı dağıdır, məkanı daha canlı və xoş bir enerji ilə doldurur. Lazım gələrsə, havalandırma müddəti və tezliyi artırıla bilər.

Perdələri və jalüzləri açıq saxlayın

Gün işığı evə nə qədər çox düşsə, enerji bir o qədər yüksəlir. Gün işığının frekansı yüksəltmə xüsusiyyəti vardır. İstifadə etmədiyiniz otaqların da pərdələrini və ya jalüzləri açmaq, evin enerjisinə müsbət təsir edəcək. 

Rənglərin enerjisindən faydalanın

Hər rəng fərqli duyğu və hiss yaratmaq gücünə malikdir. Yumşaq tonlar sakitlik və rahatlıq gətirir, canlı əsas rənglər isə daha enerjili və tutkulu hiss etdirir. Çox qaranlıq rənglər isə evin enerjisini sıxa bilər. Sizi sevindirən rəngləri və əşyaları uyğunlaşdırmaq faydalı olacaq.

Artıq əşyalardan qurtulun

Evimizdə çox əşya olduqda pozitiv enerji dövriyyəsi azalır. İstifadə etmədiyiniz əşyaları evdən çıxarmaq və ehtiyacı olanlara vermək enerjini yeniləyir. Xaosdan uzaqlaşmaq üçün çantadan şkafa, evin bütün əşyalarına nəzər yetirmək vacibdir. Durduğu halda sizə "durma enerjisi” yayan əşyaları müəyyən edib, onlardan qurtulmaq faydalı olacaq.

Təbii daşlardan istifadə edin

Təbii daşlar, içindəki minerallar sayəsində mühitin enerjisini yüksəldir. Kristal daşlardan olan ağ kvars və sitrin daşlarını salonunuzda saxlamaq həm enerjini artırır, həm də bolluq enerjisini cəlb edir.

Təmizlik zamanı enerjini yüksəldin

Təbii təmizlik vasitələrindən istifadə etmək, az miqdarda ağ sirkə əlavə etmək enerji dəyişimi üçün idealdır. Lavanda və gül qoxuları yüksək frekanslı enerjiyə malikdir. Salon və koridorda bu ətirləri, çiçəkləri saxlamaq evin enerjisini yeniləyir.

Evin mənfi enerjisini təmizləyin

Neqativ enerjini tez təmizləmək üçün ada çayı və üzərlikdən bir neçə tutam yandırıla bilər. Xüsusilə mübahisələrdən sonra bu üsul enerjinin evdə qalmasının qarşısını alır. Evə daxil olduğunuz anda hiss etdiyiniz enerji, evinizin enerjisidir. Daha çox pozitiv duyğu yığdıqca, həyat keyfiyyətiniz və komfortunuz artır.

Unutmayın, bədənimiz və ruhumuz, evimizin enerjisindən qidalanır. Bu sadə üsullarla evinizin enerjisini yüksəldərək gündəlik həyatınızda daha çox xoşbəxt və harmoniya içində ola bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az