Xəbər verdiyimiz kimi, iyunun 21-də Azərbaycanda müəllimlərin növbəti sertifikasiya imtahanı keçirilib.
Manset.az xəbər verir ki, imtahanda iştirak edən Bakı şəhəri 90 nömrəli məktəbin riyaziyyat müəllimi Saidə Bayramova 60 bal toplayaraq maksimum nəticə göstərib.
Müəllim imtahanla bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, ixtisasla bağlı suallar çox asan olub:
"Kurikulum sualları isə bir az düşündürücü olsa da, elə də çətin deyildi. Düşünürəm ki, 60 balı toplamaq çətin deyil. Bundan öncə sınaq imtahanlarında iştirak edən zaman 1-2 səhvim olurdu. Ona görə də maksimum nəticə göstərəcəyimə əmin deyildim. Amma imtahana daha diqqətli və ciddi yanaşanda səhv etməmək mümkün imiş".