Azərbaycanda koronavirus əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

14:56 - 02 Noyabr 2021

Azərbaycanda koronavirus əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

Bu günə qədər 439 nəfər yeniyetmə koronavirus əleyhinə vurulan vaksinasiya prosesində iştirak edib.

Səhiyyə Nazirliyindən Manset.az-a verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az