Bakıda itkin düşən yeniyetmə tapılıb.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı Alina Cavadova sinif yoldaşının yanında olub.
Yeniyetmə hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.