Koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:36 - 09 Noyabr 2021

Koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 855 yeni yoluxma faktı qeydə alınıb, 2 199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 550 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511 400 nəfər müalicə olunaraq sağalıb, 7 320 nəfər vəfat edib, aktiv xəstə sayı 31 726 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 002, ötən müddət ərzində isə ümumilikdə 5 301 252 test aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az