Bir müddətdir Naxçıvanda fəaliyyət göstərən bir sıra restoranlar işləmir.
Manset.az-ın əldə etdiyi məlumata görə, muxtar respublikanın Naxçıvan şəhərində fəaliyyət göstərən əksər restoranlar xeyli müddətdir çalışmır. Ancaq toy etmək üçün restoranlar fəaliyyət göstərir. Bununla belə şəhərin mərkəzində yerləşən və gündəlik muxtar respublikaya gedən turistlərin yemək yemək istədiyi, möhtəşəm gözəlliyi ilə seçilən “Nuh-Yurdu”, “Köşəbaşı”, Naxçıvan Atçılıq Mərkəzinin içərisində olan restoranlar və daha bir neçəsi hazırda fəaliyyətini dayandırıb. Bir sıra ölkələrdən və yerli əhalinin də tez-tez səfər etdiyi Naxçıvan şəhərində insanlar yemək yemək üçün açıq, eyni zamanda yüksək səviyyəli xidmət göstərən restoran tapa bilmir.
Restoranların fəaliyyətinin hansı səbəbdən dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət etsək də, onlar bu barədə məlumatlarının olmadığını bildirdi.
*******
Yayılan bu xəbərlə bağlı adıçəkilən restoranlardan Manset.az-la əlaqə saxlanılaraq bildirilib ki, "hazırda adıçəkilən restoranlarda təmir getdiyi üçün eyni zamanda sənədlərində problemlər olduğundan fəaliyyətləri müvafiq qurumlar tərəfindən dayandırılıb. Təmir işləri bitdikdən sonra və sənədlərin də qaydasına salınması prosesi başa çatdıqdan sonra fəaliyyətə başlayacaqlar."