Bakıda istiliyin verilməsi tezləşdirildi- ŞAD XƏBƏR

19:27 - 11 Noyabr 2021

Bakıda istiliyin verilməsi tezləşdirildi- ŞAD XƏBƏR

Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb. 

Manşet.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, bu gündən  müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb:

"Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.

Rafiq Əliyev bildirib ki, dağ və dağ ətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb.
 
Qeyd edək ki, dağ və dağətəyi rayonlarda istilik sisteminin noyabrın 1-dən işə salınacağı əvvəlcədən bəlli olsa da, digər rayonlarda, eləcə də Bakıda noyabrın 15-dən qış mövsümünə keçidin baş tutacağı açıqlanmışdı. 

Ümumilikdə "Azəristiliktəchizat” 554 qazanxanadan 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik verir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az