Vilayət Eyvazov DİN-nin yüksək vəzifəli generalını İşdən çıxardı - FOTO

16:06 - 12 Noyabr 2021

Vilayət Eyvazov DİN-nin yüksək vəzifəli generalını İşdən çıxardı - FOTO

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər.

 

Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.

 

Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az