İcra başçısı 1-ci müavinini vəzifəsindən azad etdi - Daha bir neçə vəzifəli azad olunacaq

11:19 - 16 Noyabr 2021

İcra başçısı 1-ci müavinini vəzifəsindən azad etdi - Daha bir neçə vəzifəli azad olunacaq

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov vəzifəsindən azad olunub.

 

Manset.az demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.

 

Məlumata görə, RİH-də daha bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

 

Qeyd edək ki, M.Məmmədov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, bu təyinata qədər Cəlilabad Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. M.Məmmədov Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov həbs olunduqdan sonra 2020-ci ilin dekabr ayından bu ilin sentyabr ayına qədər icra başçısının səlahiyyətlərini icra edib.

 

Xatırladaq ki, bu ilin sentyabr ayında Cəlilabada yeni başçı vəzifəsinə Rafiq Cəlilov təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az