Gənc jurnalist və körpəsi koronavirusdan vəfat etdi

18:05 - 18 Noyabr 2021

Gənc jurnalist və körpəsi koronavirusdan vəfat etdi

Press.az saytının əməkdaşı Aygün Əlizadə koronavirusdan vəfat edib.

Manşet.az Modern.az-a istinadən xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.

O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.

Noyabrın 8-də onu Yevlax Rayon Xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.

Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi  ilə birgə vəfat edib.

Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az