"Keşlə bazarı"nın satıcıları üçün xüsusi YER AYRILDI

17:11 - 15 Yanvar 2025

\"Keşlə bazarı\"nın satıcıları üçün xüsusi YER AYRILDI

"Keşlə bazarı"nın satıcıları üçün Dərnəgüldə yerləşən "Eurohome" tikinti malları bazarında xüsusi yer ayrılıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə  "Eurohome"un əməkdaşı məlumat verib.

Açıqlamada bildirilib ki, satıcıların tezliklə tikinti malları bazarına köçürüləcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 1-ə qədər "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi sökülməlidir. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az