Bakının bu ərazilərində su olmayacaq

10:13 - 16 Yanvar 2025

Bakının bu ərazilərində su olmayacaq

Bakının 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - “Vorovski” ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq.

 

Manset.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, sözügedən ərazidə su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.

Axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az