Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait açıqlanıb

21:45 - 16 Yanvar 2025

Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait açıqlanıb

Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırılmasına 37 milyon 230 min manat sərf olunacaq.

 

Manset.az xəbər verir ki, bu işləri “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Şirkət “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma müsabiqəsinin qalibi olub və onunla artıq müqavilə imzalanıb.

Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kv.metr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az