Bu ölkədə Tiktok QADAĞAN EDİLİR

23:00 - 16 Yanvar 2025

Bu ölkədə Tiktok QADAĞAN EDİLİR

Yanvarın 19-dan etibarən Çinin Tiktok videohostinqinin ABŞ-da fəaliyyəti tamamən dayandırılacaq.

 

Manset.az Reuters-ə istinadən xəbər verir ki, həmin tarixdə federal qadağa qüvvəyə minəcək.

Bildirilib ki, TikTok-u endirmiş istifadəçilər nəzəri olaraq hələ də tətbiqdən istifadə edə biləcəklər. Konqres tərəfindən qəbul edilən qanun yalnız "Apple" və "Google" tətbiq mağazalarından Tiktokun endirilməsini qadağan edəcək.

Lakin artıq quraşdırılmış smartfonlarda ən azı bir müddət normal işləməsinə imkan verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az