"Tramp güclü adamdır" - Zelenski

08:15 - 21 Yanvar 2025

\"Tramp güclü adamdır\" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət başçısı Donald Trampın güclü adam olduğunu bildirib.

 

Manset.az xəbər verir ki, o, bu barədə videomüraciətində qeyd edib.

V.Zelenski Trampa və ABŞ-yə uğurlar arzulayıb: “Ukraynalılar sülhə - həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar. Bu, qiymətləndirməli olduğumuz şansdır”.

Xatırladaq ki, 2024-cü ilin noybrında ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlib. O, dünən and içib və vəzifəsinin icrasına başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az