Zəlzələ zamanı dağıntı, insan tələfatı qeydə alınmayıb - DİN

20:53 - 20 Noyabr 2021

Zəlzələ zamanı dağıntı, insan tələfatı qeydə alınmayıb - DİN

Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Manset.az-a bildirilib ki, təbii hadisə itkisiz ötüşüb.

"Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb", - DİN-dən bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az