Bu sosial ödənişlər də artacaq

17:10 - 22 Noyabr 2021

Bu sosial ödənişlər də artacaq

Gələn ilin büdcə zərfi parlamentin müzakirəsindədir. 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcəsidir (29,8 mırd. manat). Büdcə xərclərinin 46,4%-i isə sosial istiqamətə yönələcək ki, bu da büdcədən ayrılan hər 100 manatın 46 manatdan çoxunun sosial sahəyə xərclənəcəyi deməkdir. Bununla da, gələn ildən pensiya, müavinət və maaşlarda 20-40% artım gözlənilir. 

Manşet.az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, minimum pensiyanın həcmi 200 manatdan 240 manata çatdırılacaq:

“Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya məbləğlərində təqribən 35-45 manat həcmində artım müşahidə olunacaq. Ehtiyac meyarının həcmi bu il 30 manat və ya 17,5% artırılaraq demək olar ki, yaşayış minimumuna çatdırılıb. Yəni 10 manatlıq, yaxud 5%-lik fərq qalır ki, bu fərqin də gələn ilin sonuna aradan qaldırılacağı ehtimal olunur. Nəticədə, ünvanlı sosial yardım alanlara təyin olunacaq yardımlar artıq yaşayış minimumundan hesablanacaq”.

Həmçinin uşağın anadan olmasına görə və 3 yaşa qədər uşağa qulluğa görə ailəyə veriləcək ödəniş və dəfn üçün müavinətlərin həcmi də artacaq. Dəfn üçün veriləcək 600 manat 720 manata çatdırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az